Azərbaycanlı bokşçu İrəvanda erməniyə qalib gəldi

27.05.2022 14:56 353
İdman
Azərbaycan əsilli boksçu Sahil Allahverdov İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.

"Football-plus.az" xəbər verir ki, 48 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən idmançı Bareqam Harutyunyana tam üstünlüklə məğlub edib - 5:0.

Qeyd edək ki, daha əvvəl Ukrayna millisində çıxış edən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsindəki ilk görüşündə Ermənistan təmsilçisi Canik Sahakyan məğlub edərək növbəti mərhələyə yüksəlmişdi - 3:2.