Premyer-liqada mövsümün ən baxımlı qolu seçildi

30.05.2022 17:45 369
Dünya futbolu
Premyer-liqada yenicə sona çatan mövsümün ən baxımlı qolu müəyyənləşib.

Bu nominasiyanın qalibi Məhəmməd Salah olub. “Liverpul”un misirli hücumçusunun 7-ci turun oyununda “Mançester Siti”yə vurduğu qol daha çox səs toplayıb.

Ötən il oktyabrın 3-də Liverpulda keçirilən matç 2:2 hesabı ilə nəticələnmişdi.