Baxımlı qol vurdu, ən yaxşı futbolçu seçildi

9.04.2022 21:20 421
Dünya futbolu
Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın rəsmi saytının məlumatına görə, bu nominasiyada “Ayntraxt”ın oyunçusu Ansqar Knauff qalib gəlib. 20 yaşlı yarımmüdafiəçi “Barselona” ilə ev oyununda baxımlı qolun müəllifi olub.

Frankfurtdakı matç 1:1 hesabı ilə başa çatıb. Komandalar arasındakı cavab oyunu aprelin 14-də İspaniyada keçiriləcək.