Millinin yekun heyəti niyə açıqlanmır? - RƏSMİ

28.05.2022 18:45 597
Yığma
UEFA Millətlər Liqası çərçivəsində iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakı şəhərində təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı açıqlanmışdı.

"Football-plusmaz" xəbər verir ki, AFFA-nın rəsmi saytında yer alan məlumatda
toplanışın mayın 29-da başlayacaq növbəti mərhələsində iştirak edəcək heyətlə bağlı əlavə məlumat veriləcəyi bildirilmişdi. Gözlənilirdi ki, Azərbaycan kubokunun finalından sonra yekun siyahı ictimaiyyətə təqdim olunsun. Lakin bu barədə hansısa məlumat yoxdu. Görəsən, nə baş verir? Yığmanın yekun heyəti hansı səbəbə açıqlanmayıb. Sualımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq:

“Bu günlük komandaya istirahət verilib. Sabah 1 məşq olacaq. Mayın 30-da millinin təlim-məşq toplanışının növbəti mərhələsi start götürəcək. Burda artıq bütün heyət iştirak edəcək. Komandanın üzvləri bazada məskunlaşacaqlar. Sabah və ya brisigün səhər heyətin açıqlanması mümkündü. Bu prosesin gecikməsi bizdən asılı deyil. Məşqçilər korpusu tərəfindən heyət bizə göndərilməlidi ki, ictimaiyyətə açıqlaya bilək”.


İLKİN SULTANLI