Azərbaycan karateçisi Avropa üçüncüsü oldu

28.05.2022 14:03 384
İdman
Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, 55 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək, fəxri kürsüyə qalxıb.

Bu gün həmçinin parakarateçilər Eldar Əhmədov (K30), Emiliya Militinova (K10) və Nihat Məmmədzadə (K10) final görüşlərini keçirəcəklər.