• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mbappe “Real”ın ümidini puç etdi - YAZI

Dünya futbolu

25-05-2022, 21:0

Nəhayət, mayın 21-də Kilian Mbappenin gələcək karyerasına rəsmən aydınlıq gəlib.

Onun qərarı, heç şübhəsiz, “Real” rəhbərliyini və bu komandanın milyonlarla azarkeşini məyus edib.

PSJ-də 2018-ci ildən çıxış edən Mbappe bir neçə ay əvvəl “Real”la şifahi razılığa gəlmişdi. Onun bu yay azad agent kimi İspaniya klubuna keçməsi gözlənilirdi. Lakin 23 yaşlı hücumçu çox götür-qoydan sonra madridlilərin təklifini bir kənara qoyaraq hazırkı komandasında qalmağa qərar verib. Amma bu qərarı elə-belə verməyib. Gənc futbolçunu aylardı dilə tutmağa çalışan PSJ onu yeni müqaviləyə razı salmaq üçün vaxt və maliyyə planında çox zəhmətə qatlaşıb. Fransa klubunun rəsmi saytının yaydığı xəbərə görə, Kilian ilə iyunun 30-da qüvvədən düşəcək müqavilənin müddəti 2025-ci ilin yayına qədər uzadılıb. Rəsmi məlumatda yeni sözləşmənin maliyyə şərtlərinə aydınlıq gətirilməyib. Bu planda beynəlxalq KİV-də yayılan son rəqəmləri nəzərinizə çatdırırıq. Paytaxt klubunun DÇ-2018-in qalibinə imza pulu kimi 300 milyon avro ödəyəcəyi iddia edilirdi. Lakin yeni müqavilə rəsmiləşəndən sonra yayılan xəbərlərdə bu rəqəmin təxminən 150-200 milyon avro olduğu qeyd olunur. Kilianın illik məvacibinin isə əvvəlcə iddia edildiyi kimi 100 milyon deyil, 40 milyon avro olacağı bildirilir.

“Ekip” qəzetinin yazdığına görə, klub onu razı salması üçün rəhbərlikdə dəyişikliklər edəcəyinə və transfer əməliyyatlarında bu gənc oğlanın fikirlərini də dinləyəcəyinə söz verib. Bundan başqa, klub Mbappeni Fransa futbolu qarşısında vəzifələrinin olduğuna inandıra bilib. Bura onun doğulduğu Paris şəhərini təmsil edən klubla Çempionlar Liqasının qalibi olmaq və dünyada Liqa 1-in nüfuzunu artırmaq imkanı aid edilir. Futbolçunun PSJ-də qalacağı bəyan ediləndən sonra klub və onun ətrafında son vaxtlar hökm sürən atmosfer yaxşılaşıb. Belə ki, yerli azarkeşlərin kluba münasibəti dəyişib: onlar bir neçə ay sürən boykota son qoyub və komandanın 10-cu çempionluğunu məhz indi bayram ediblər.

Səbəbkar isə klubda qalmasını belə şərh edib:

“PSJ ilə müqaviləmi yenilədiyimi bəyan edirəm. Əlbəttə, buna görə çox şadam. Mənə ən yüksək səviyyədə çıxış etmək imkanı yaradan klubda inkişafımı davam etdirə biləcəyimə əminəm. Mən eyni zamanda doğulub boya-başa çatdığım və futbolun sirlərini öyrəndiyim Fransada qaldığıma görə də sevinirəm. Mənə göstərdiyi etimada, yeni müqavilə məsələsində nümayiş etdirdiyi təmkininə görə prezident Nasser Əl-Xelayfiyə təşəkkürümü bildirirəm. Mən həmçinin PSJ-nin Fransadakı və bütün dünyadakı azarkeşlərini də düşünürəm, onların xüsusilə son aylar mənə bəslədikləri sevgini dəyərləndirirəm. Bundan sonrakı ən inanılmaz çağırışları birlikdə və ambisiyalı şəkildə qarşılayacağıq”.


Əl-Xelayfinin yeni müqavilənin reallaşdığını rəsmən açıqladığı məqamda yerli fanatlar “Puta Madrid” ifadəsini qışqırmağa başlayıblar. Prezident ilə futbolçunun bu təhqiramiz qışqırıqların sona çatmasını təbəssümlə gözləməsi diqqətdən yayınmayıb. Kilian çıxışında “Real”ın azarkeşlərindən üzr istəməyi lazım bilib:

“Onlara minnətdaram. 14 yaşımdakı halı nəzərə almasaq, heç vaxt Madrid komandasının formasını geyməmişəm. Amma bu komandanın tərəfdarları məni həmişə əziz oyunçusu kimi qəbul ediblər. Belə münasibətə görə təşəkkür etmək vacibdi. Onların məyusluğunu anlayıram. Azarkeşlərin mənim Fransada qalmaq istəməyimi anlayışla qarşılayacağına inanıram. Mən fransalıyam, buna görə klubumu, ölkə çempionatını və Fransa futbolunu yeni səviyyəyə qaldırmaq istəyirəm”.


Mbappenin müqaviləsini yeniləməsi ilə Leonardonun PSJ-dən getməsi bir olub. PSJ-nin idman direktoru Fransa çempionatının sonuncu turunun “Mets”lə oyunundan (5:0) bir neçə dəqiqə sonra vəzifəsindən azad edilib. Leonardo ilk dəfə bu postda 2011-14-cü illərdə çalışıb. Sonra “Milan” və “Antalyaspor” klublarında müxtəlif vəzifələrdə işləyib. Braziliyalı funksioner 2019-cu ildə yenidən PSJ-nin idman direktoru təyin edilib. Yerli mənbələr onun istefaya göndərilməsinin klubun qətərli sahiblərinin son illərdəki transfer əməliyyatlarından narazılığı ilə bağlı olduğunu qeyd edir. Artıq Leonardonun yerinə “Selta”nın strateji məsləhətçisi Luiş Kampuş təyinat alacağı məlum olub. Tezliklə Maurisio Poçettinonun da Parisi tərk etməsi gözlənilir. Baş məşqçi vəzifəsinə isə Zinəddin Zidan əsas namizəd sayılır. Qətərin əmiri Şeyx Təmim bin Həməd Əl-Taninin artıq onunla PSJ-yə mümkün təyinatıyla bağlı danışıq apardığı məlum olub.

Əlavə edək ki, İspaniya La Liqası PSJ-dən UEFA-ya şikayət edib. Bu qurumun rəhbərliyi Fransa klubunun yaxın bir neçə il ərzində 700 milyon avroluq itki ilə üzləşməsi fonunda Mbappe ilə müqaviləni fantastik şərtlərlə yeniləməsinin mövcud qaydalara uyğun olmadığını vurğulayır.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-05-2022, 16:0

Mbappe PSJ-də qaldı, Leonardoya isə qapı göstərildi!

Aktual

10-05-2022, 00:0

Mbappe Madriddə nə gəzir?

Dünya futbolu

6-04-2022, 16:0

Mbappe səhv etmək istəmir

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə