"Tottenhem" millinin üzvü ilə müqavilə bağladı

25.05.2022 18:50 391
Dünya futbolu
İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, London təmsilçisi gənc futbolçu Deyn Skarlettlə yeni müqavilə imzalayıb. 18 yaşlı hücumçu ilə imzalanan sözləşmənin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulur.

Deyn Skarlett "Tottenhem"in yetirməsidir. Gənc forvard başa çatan mövsümdə paytaxt klubunun əsas komandasında 7 matçda meydana çıxıb. O, İngiltərənin 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdü.