"Sabah"ın üzvü üçün əlamətdar oyun

23.05.2022 13:13 478
Premyer-liqa
Azərbaycan premyer-liqasında 2021/22 mövsümünə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, “Sabah” son turda “Qəbələ” ilə heç-heçə edib (1:1). Qəbələ şəhər stadionunda keçirilən matç qonaqların yarımmüdafiəçisi Aleksey İsayev üçün əlamətdar olub.

26 yaşlı futbolçu bu qarşılaşmada “Sabah” forması ilə 50-ci oyununu (47 oyun premyer-liqada, 3 oyun ölkə kuboku) keçirib. Aleksey bu görüşlərdə 7 qola imza atıb.