"Sabah"ın braziliyalısı üçün əlamətdar oyun

4.05.2022 13:43 527
Premyer-liqa
Azərbaycan premyer-liqasında 25-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, “Sabah” bu turda səfərdə “Qarabağ”la qarşılaşıb. “Azersun Arena”da keçirilən matç 1:1 hesablı bərabərliklə nərticələnib.

Görüş komandanın braziliyalı futbolçusu Kristian da Silva üçün əlamətdar olub. Matçın 60-cı dəqiqəsində cərimə zərbəsindən gözəl qola imza atan yarımmüdafiəçi, “Sabah”da qol hesabını açıb.

Kristian buna paytaxt klubunun heyətində 10-cu oyununda nail olub.