İclasda premyer-liqanın 27-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib. Həmin qərarlardan biri də “Sabah”ın müdafiəçisi Amin Seydiyevlə bağlıdı. Belə ki, oyunçu “Sumqayıt”la matçda etdiyi kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. İntizam Komitəsi isə onu1 oyunluq cəzalandırıb.
Maraqlıdı, birbaşa qırmızı vərəqə alan futbolçu niyə 1 oyunluq cəzalandırılsın? Bunun səbəbini öyrənmək üçün AFFA-nın İntizam Komitəsinin katibi Seyfulla İsmayılovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Qaydada belədi ki, birbaşa qırmızı vərəqə olsa da, "sonuncu ümid folu" olanda 1 oyunluq cəza verilir. Kobud oyun olsaydı, ən azı 2 oyun cəzalanardı. Mövsümboyu verilən qərarlara da nəzər salsaq, görərik ki, "sonuncu ümid folu" ilə bağlı cəzaların hamısı 1 oyundu”.
ŞAİR ABDULLA

