Mahir Emreli mükafatlandırıldı

22.05.2022 11:32 488
Ölkə futbolu
Xorvatiya çempionatında 2021/22 mövsümünə yekun vurulub.

"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” 36-cı turda doğma meydanda “Hayduk”la üz-üzə gəlib. Qarşılaşma zaqreblilərin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Millimizin üzvü də görüşün iştirakçısı olmayıb. 25 yaşlı hücumçu oyunu sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

Çempionluğu bir tur əvvəl rəsmiləşdirən “Dinamo” mövsümü 79 xalla bitirib. Matçdan sonra Zaqreb təmsilçisinin üzvləri qızıl medallarla və çempionluq kuboku ilə təltif olunub.