“Borussiya” sabiq məşqçisini geri qaytarır

21.05.2022 14:54 453
Dünya futbolu
Dortmund “Borussiya”sı cümə günü yolları ayırdığı baş məşqçi Marko Rozeyə xələf tapıb.

Almaniya klubu onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdi. Dortmundluları 2021-ci ilin iyulundan çalışdıran Rozenin yerinə Edin Terziç təyin ediləcək. Rəhbərlik onunla razılığa gəlib.

Xatırladaq ki, “Borussiya”nı 2020/21 mövsümündə çalışdıran Terziç komandanı Almaniya kubokunda qələbəyə daşıyıb. O, cari mövsümün əvvəlindən klubun texniki direktoru vəzifəsini icra edir. Komanda bundesliqada mövsümü çempion “Bavariya”dan 8 xal geri qalmaqla 2-ci yerdə başa vurub.