Fabreqas qəti qərara gəlib

17.05.2022 19:54 342
Dünya futbolu
Fransesk Fabreqas karyerası ilə bağlı qərara gəlib.

O, mövsümün sonunda “Monako”nu tərk edəcək. 35 yaşlı ispaniyalı yarımmüdafiəçi klubla müaviləsini yeniləməyəcək. Fabreqas komandanı azad agent kimi tərk edəcək.

Təcrübəli futbolçu ağır zədə səbəbi ilə ötən ilin sentyabrından yaşıl meydanlarda görünməyib. Bu mövsüm Liqa 1-də yalnız 2 oyunda meydana çıxan Fransesk futbolçu həyatını başa vurmaq haqda düşünmür.