"Sabah" "Sumqayıt" matçında dava - VİDEO

15.05.2022 18:46 426
Premyer-liqa / Manşet
Premyer-liqanın 27-ci turunda "Sabah" "Sumqayıt"ı qəbul edir.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmanın 65-ci dəqiqəsində tərəflər arasında dava düşüb. Meydan sahiblərinin üzvü qonaqların oyunçusuna qarşı kobud oynayıb.

Qeyd edək ki, hazırda qarşılaşma davam edir. "Sumqayıt" səfərdə 2:0 hesabı ilə qalib gəlir.