1-ci divizion matçında dava - VİDEO

1.04.2022 19:00 546
I liqa
1-ci divizionun 19-cu turu çərçivəsində baş tutan MOİK – "Sabah-2" matçında dava düşüb.

Görüşün 65-ci dəqiqəsində qonaqların futbolçusu Mixeil Erqemlidze MOİK-in müdafiəçisi Rüstəm Rüstəmovu vurub. Qarşılaşmanın hakimi Rəvan Həmzəzadə gürcüstanlı oyunçuya birbaşa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, MOİK - "Sabah-2" matçı 0:0 hesablı bərabərliklə başa çatıb.