"Zirə" - "Neftçi" matçında dava düşdü, azarkeşlər stadiondan qovuldu - VİDEO+FOTO

15.05.2022 17:31 1 436
Premyer-liqa / Manşet
Premyer-liqanın 27-ci turunda "Zirə" "Neftçi"ni qəbul edir.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmanın 18-ci dəqiqəsində futbolçular arasında dava düşüb. Yusuf Laval "qartallar"ın futbolçusuna qarşı qaydanı pozsa da, hakim onu ikinci sarı vərəqə ilə cəzalandırmadı. Rəşad Sadıqovun etirazından sonra ara qarışdı. Məşqçilər və ehtiyat oyunçuların müdaxiləsindən sonra ara sakitləşdi.

Bundan 2-3 dəqiqə sonra "Forza Neftçi" üzvləri "Samir istefa!", "Kamran, istefa!" şüalarını səsləndirdilər. Oyunun təhlükəsizliyini təmin edən polislər azarkeş qrupunu stadiondan çıxartdı.

Qeyd edək ki, hazırda matçda 30-cu dəqiqə oynanılır və hesab açılmayıb - 0:0.