Növbəti mövsümdən büdcəsi artırlıb, iddialı olacağı söylənilən “Səbail” artıq heyəti gücləndirmək yönündə indidən çalışmalara başlayıb.
“Football-plus.az” saytına daxil olan məlumata görə, “dənizçilər” cari mövsümdə “Sabah”da yetərincə oynamaq şansı qazanmayan Slavik Alxasovla müqavilənin detallarını razılaşdırıblar. Sol cinah müdafiəçisi yeni klubu ilə rəsmi anlaşmaya iyunda imza atacaq.
RƏŞAD
“Sabah”ın müdafiəçisi “Səbail”ə yollanır - ÖZƏL
Ölkə futbolu / Manşet / Günün xəbəri

