Qeyd edək ki, ''Fənər''də 1988-96-cı illərdə forma geymiş və fanatlar tərəfindən ''İmperator'' ləqəbini almış Çətin 8 mövsüm ərzində 286 oyuna 57 qol vurmuş, eləcə də 2-si çempionluq olmaqla 3 titul qazanmışdı.
''Qalatasaray''ın əfsanəsi George Hacini Türkiyədə oynamış ən güclü əcnəbi futbolçu adlandıran Çətin bunları deyib:
''Fənərbaxça''nın tarixində heykəli qoyulmağa layiq olan çox futbolçu olub. Can Bartu, Leftər Küçükansonyadis və Cəmil Turan onların başında gəlir. Aleks Türkiyə futbolunda öz sabit və faydalı oyunu ilə seçilən, peşəkarlığı ilə diqqət çəkən, eləcə də kluba böyük fayda verən oyunçu olub. Amma hər halda o, Türkiyəyə yaxşı pullar qarşılığında gəlmişdi. Haciyə heykəl qoyulsaydı, bunu anlayardım. Amma Aleksə gəlib çıxana qədər heykəli qoyulası çox futbolçu olub''.


