• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avrokuboklarda yeni səhifə açılacaq! - TƏHLİL

Manşet / Yazarlar

14-05-2022, 11:0

Mayın 10-11-i Avropa futbolunun yaxın gələcəyinə hesablanan qərarlar baxımından əlamətdar günlər olub.

Əvvəlcə Avstriyanın paytaxtı Vyanada UEFA-nın İcraiyyə Komitəsinin (İK) iclası, çərşənbə günü isə bu şəhərdə təşkilatın 46-cı konqresi keçirilib.

Yeni format təsdiqləndi

İK 2021-ci il aprelin 19-da qitə kuboklarının yaxın gələcəkdə yeni formatda təşkilinə qərar vermişdi. Mayın 10-da klub yarışlarının yeni sistemi təsdiqlənib. Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) “İsveçrə sistemi”ndən istifadə olunacaq yeni format 2024/25 mövsümündən qüvvəyə minəcək.

* Əsas yeniliklərdən biri ÇL-də ümumi mərhələlərin sayının 10-dan 8-ə endirilməsi və əsas mərhələyə ayrılan 4 əlavə vəsiqədən ikisinin sahibinin müəyyənləşmə meyarının dəyişməsi ilə bağlıdı. Açıq yarışlar ideyasına bağlı olan və idman prinsiplərinə sadiq qalan UEFA həm də milli çempionatların maraqlarının müdafiəsini bu şəkildə təmin etməyi qərara alıb.

* ÇL-in əsas mərhələsində iştirak edəcək klubların sayı 32-dən 36-ya qədər artırılacaq. Əlavə olunacaq 4 vəsiqədən biri öz çempionatında 3-cü, UEFA-nın milli assosiasiyalar reytinqində 5-ci yeri tutan kluba veriləcək.

* Çempionlar yolu ilə təsnifat mərhələlərini adlayan komandaların sayı 4-dən 5-ə qədər artırılacaq ki, bu da qeyd edilən 4 vəsiqədən biri olacaq.

* ÇL-də son 2 vəsiqə klubları ötən mövsümdə ən çox orta əmsal (ümumi xalın assosiasiyanın qitə kuboklarındakı təmsilçi sayına bölünməsi ilə hesablanır) toplayan iki ölkəyə veriləcək. Bu ölkələrin çempionatında ÇL-ə vəsiqə qazanan klublardan sonrakı yeri tutan komandalar turnirdə oynamaq hüququ qazanacaqlar. Maraq üçün qeyd edək ki, artıq cari mövsümün yekununa görə əlavə iki vəsiqə İngiltərə və Niderlanda ayrıla bilərdi.

* Bundan başqa, ölkəni avrokuboklarda təmsil edəcək komandaların sayı klub əmsallarına yox, əvvəlki mövsümün göstəricilərinə görə müəyyənləşəcək.

* ÇL-də hazırda mövcud olan ənənəvi qrup turniri ləğv ediləcək. 36 komanda vahid liqada yarışacaq. Rəqiblər yeni mövsüm ərəfəsindəki reytinq əsasında müəyyənləşəcək.

* Mövcud formatda qrup turnirində hər bir komanda digər 3 rəqibə qarşı ümumilikdə 6 oyun (3 ev, 3 səfər oyunu) keçirirsə, yeni formata əsasən, hər klub ümumi liqada 8 rəqibə qarşı azı 8 matçda (4 ev, 4 səfər oyunu) meydana çıxacaq.

* Liqada ilk 8 yeri tutacaq komanda avtomatik turnirin 1/8 finalına çıxacaq. 9-24-cü yerləri tutacaq 16 komanda isə bu mərhələyə vəsiqə qazanmaq üçün iki görüşdən ibarət pley-off matçları keçirəcək.

* ÇL-in 8 turu 10 avrokubok həftəsində təşkil ediləcək.

* Avrokubok təqvimində bir həftə eksklüziv olaraq ÇL-ə, AL-ə və KL-ə ayrılacaq.

* Bütün avrokubok oyunları indiki kimi, finala qədər həftəortası təşkil ediləcək. UEFA bu planda bütün Avropada daxili yarışların təqvimini nəzərə alıb.

* Analoji dəyişikliklər AL və KL-də də tətbiq olunacaq. Hər iki turnirin ümumi mərhələsində 36 komanda iştirak edəcək. AL-də hər klub ümumi mərhələdə 8, KL-də isə 6 oyun keçirəcək.

AÇ-2024-ün təqvimi də təsdiqləndi

Vyanada AÇ-2024-ün təqvimi də təsdiqlənib. Almaniyanın evsahibliyi edəcəyi turnir iki ildən sonra 14 iyun – 14 iyul aralığında keçiriləcək. Qitə çempionatının oyunları 10 şəhərdə - Münhen, Berlin, Hamburq, Leyptsiq, Dortmund, Düsseldorf, Frankfurt, Helzenkirhen, Köln və Ştutqartda təşkil ediləcək. Açılış matçı Münhendəki “Alyants Arena”ya, final isə Berlindəki “Olimpiaştadion”a təyin olunub.
İK AÇ-2024-ün seçmə turnirinin reqlamentini də müəyyən edib. Bu haqda məlumat isə mayın 16-da veriləcək.

KL-in finalı Praqada keçiriləcək

İK-nın iclasında KL-in 2022/23 mövsümünün finalının harda keçiriləcəyinə də qərar verilib. Növbəti mövsümün həlledici oyunu 2023-cü il iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da təşkil ediləcək. “Slaviya” klubunun doğma arenası 2008-ci ildə istismara verilib. İndiyədək burda klub və yığma səviyyəsində bir sıra yaddaqalan futbol matçları keçirilib. 2013-cü ildə “Eden Arena”da “Bavariya” əsas və əlavə vaxtı 2:2 hesabı ilə nəticələnən Avropa Superkuboku matçında “Çelsi”yə penalti seriyasında üstün gəlib – 5:4. İki ildən sonra gənclər arasında Avropa çempionatının finalı da burda baş tutub. Maraqlıdı ki, İsveç də Portuqaliyanı penalti seriyasında üstələyib – 4:3. 2011/12 mövsümündə Plzen “Viktoriya”sı ÇL-in qrup mərhələsinin oyunlarını “Eden Arena”da keçirib. “Slaviya”ya gəlincə, paytaxt klubu son dörd mövsümdən üçündə KL də daxil olmaqla avrokubokların 1/4 finalına qədər bu stadionda irəliləyib.

Yeri gəlmişkən, KL-in cari mövsümünün finalı mayın 25-də Albaniyanın paytaxtı Tiranada, AL-in növbəti mövsümünün finalı Macarıstanın paytaxtı Budapeştdə, ÇL-in qarşıdakı mövsümünün həlledici oyunu isə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Çeferin: “Bu isə mənim ürəyimi parçalayır”

UEFA-nın prezidenti Aleksander Çeferin İK-nın iclasında və qurumun konqresində qitə futbolunun hazırkı vəziyyəti ilə bağlı fikirlərini səsləndirib. Onun avrokubokların formatındakı dəyişikliklər haqda fikirləri belə olub:

“UEFA bizim idmanın əsas dəyərlərinə hörmət etdiyimizi və Avropa idman modelinə uyğun olaraq komandaların seçilməsi şərti ilə açıq turnirlərlə bağlı prinsipə sadiq qaldığımızı bir daha təsdiqlədi. Avrokubokların yeni formatı ilə bağlı qərar azarkeşlər, oyunçular, məşqçilər, milli assosiasiyalar, klublar və liqalarla qitə futbolunun inkişafı və gələcək uğurlarına nail olmaq üçün aparılan uzunmüddətli müzakirələr və məsləhətləşmələrin nəticəsidi. Bu formatın düzgün balansı təmin edəcəyinə, rəqabəti artıracağına və kifayət qədər gəlir gətirəcəyinə əminik. Artan gəlirləri klublarla liqalar arasında bölüşdürmək və kütləvi futbola yönəltmək olar”.


Çeferin Ukraynaya hərbi təcavüzü davam edən Rusiyanın bütün klub və yığma komandaların qarşıdakı bir ildə UEFA-nın bayrağı altında keçiriləcək turnirlərdən kənarlaşdırılmasına da toxunub:

“UEFA ÇL-in finalının təşkilatçılıq hüququnu Sankt-Peterburqdan alıb Parisə verəndə bu qərarı təhlükəsizliyi nəzərə alaraq çıxarmışdı. Futbol belə vəziyyətdə qalib sayılır. Amma UEFA-nın ənənələrindən imtina edərək idmanın neytrallığı prinsipindən əl çəkməsinin futbola heç bir xeyri olmadı. UEFA sanksiyalara əl atırsa, qitədə sülhün təmini planında az-çox rol oynamağa çalışır. Bu, təhlükəli addımdı, amma hazırkı vəziyyətdə səbəb bütün qalan məsələlərdən vacibdi. Şübhəsiz, oyunçular, məşqçilər və azarkeşlər öz ehtiras və arzuları ilə heç nə edə bilmirsə, futbol belə vəziyyətdə məğlub olur. Bu isə mənim ürəyimi parçalayır”.


Prezident dünən keçirilən konqresdə ilin sonunda Qətərdə təşkil ediləcək dünya çempionatı ilə bağlı arzusunu da dilə gətirib:

“Şəxsən mən Qətərdə Avropa komandasının çempion olmasını arzulayıram”.


Sloveniyalı funksioner artıq bir neçə ildi qitə futbolunda tətbiq olunan VAR (hakimə videoköməkçi) sisteminin faydası və çətin yönü haqda bunları deyib:

“VAR-la bağlı müzakirələr ilk vaxtlar çox vaxt aparırdı. İndi isə Avropa yarışlarında hər şey daha sürətli gedir. Amma ofsayd mövqeyinin beş millimetr müəyyən edilə bilməsi mənim üçün hələ də problemli məsələdi. Burnunuz və ya ayağınız böyükdüsə, cəzalandırılacaqsız. Əllə oyunla bağlı qaydaların yozumunu mən də tam başa düşə bilmirəm. Hələ heç kim başa düşmür. Bütün bunlar izah edilməlidi”.

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

16-03-2022, 11:0

Çempionlar Liqası ilə bağlı yeni qərar

Dünya futbolu

22-03-2022, 15:0

UEFA avrokubokların reqlamentində dəyişiklik etdi

Ölkə futbolu

11-05-2022, 09:0

Baş katib UEFA Konqresində

Aktual

23-03-2022, 16:0

“Maliyyə feyr-pleyi” qaydaları dəyişəcək

Dünya futbolu

2-05-2022, 21:0

Rusiya klubları avrokubok turnirlərində iştirak edə bilməyəcək

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 399
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 195
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 187
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə