Poqba ilk dəfə vətənində oynayacaq?

21.04.2022 20:53 616
Dünya futbolu
Pol Poqbanın bu yay “Mançester Yunayted”i tərk etmək ehtimalı hər keçən gün bir qədər də artır.

O, karyerasını Fransada davam etdirə bilər. “Todofichajes” nəşrinin xəbərində 29 yaşlı yarımmüdafiəçinin PSJ ilə müqavilə şərtlərini razılaşdırdığı bildirilib. İddiaya görə, fransalı oyunçu ilə 4 illik müqavilə imzalanacaq. Poqba Paris təmsilçisinə azad agent kimi keçəcək. Qeyd edək ki, Pol Fransada doğulsa da peşəkar karyerasını “Mançester Yunayted”də və “Yuventus”da keçirib.
Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti iyunun 30-da sona çatacaq. Poqba bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 25 oyunda komandasına 1 qol və 9 məhsuldar ötürmə ilə faydalı olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul