“Fikirləşdiyimiz kimi, oyun ağır keçdi. Hesab heç kimi aldatmasın”.
"Football-plus.az" xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXV turunda “Zirə”yə səfərdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O daha sonra “Zirə” yaxşı konanda olduğunu, Rəşad Sadıqovun güclü komanda formalaşdırdığını vurğulayıb:
"Ümumi götürəndə “Qəbələ” mövsüm ərzində iddiasını meydanda göstərib. Uduzduğumuz zaman da komandamdan razı qalmışam. Mövsümboyu necə idiksə, bu gün də futbolçular verilən tapşırığı yerinə yetirməyə çalışdılar. Futbolçularımız göstərdilər ki, “Qəbələ”ni hesabdan silməyin hələ vaxtı deyil. “Qələbə xoşdur. Amma dayanmaq fikrimiz yoxdur”.
Baş məşqçi Urfan Abbasovun da vəziyyətindən danışıb:
"Əvvəlki zədəsini təzələdi. Onun çarpaz bağlarında zədə ikinci dərəcədir. Amma ümid edirik ki, qısa müddətə qayıdar".