Premyer - Liqanın 19-cu turunun güclü qar səbəbindən yarımçıq dayandırılan "Qəbələ" - "Zirə" matçı bu gün qolsuz bərabərliklə yekunlaşıb.
"Footbll-plus.az" saytının məlumatına görə, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında qarşılaşma haqda fikirlərini bildirib:
"Oyunun əhəmiyyətini bilirdik. Aydın idi ki, bizi ağır oyun gözləyir. Ümumi götürəndə, komandanın çıxışından razıyam. İstədiyimi meydanda gördüm, komanda daim hücumda olmağa çalışırdı. Çoxsaylı qol epizodları yaratdıq, sadəcə dəyərləndirə bilmədik. Ümumi götürəndə 1 xal hər iki komandanı razı sala bilər. Oyunun dinamikası yüksək idi. Baxmayaraq ki, komandalar 2 gün oynadı, amma həmin dinamika gələcəyə ümidlə baxmağa imkan yaradır”.