Çempionlar Liqasında yarımfinal mərhələsinin "Real" - "Mançester Siti" cavab oyununun hakimləri açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, UEFA qarşılaşmanı Deniele Orsatonun başçılıq etdiyi ədalət təmsilçilərinə həvalə edib.
Alessandro Jallatini və Çiro Karbone yan xətt hakimləri olacaq. Davide Massa 4-cü hakim funksiyasını yerinə yetirəcək. Massimilyano İrati və Paolo Valeri VAR otağında yer alacaq.
Mayın 4-də keçiriləcək "Real" - MS oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında ilk matçda ingilislər 4:3 hesablı qələbə qazanıb.