• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"İndi yazıq-yazıq yanımda dayanıblar" - ÖZƏL MÜSAHİBƏ

Aktual

2-05-2022, 20:0

Binə stadionunun rəhbərliyi Ruslan Həmidovdan polisə şikayət etməyib.

Aprelin 28-də AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Maraqla gözlənilən məsələ Region Liqasının 1/4 finalının cavab görüşü çərçivəsində baş tutan “Cəbrayıl” - “Energetik” matçında başverənlərlə bağlı açıqlanacaq qərarlar idi. Bildiyiniz kimi, görüşdə əsas hakim Rövşən Rəcəbov mingəçevirli futbolçular tərəfindən döyülmüşdü. İntizam Komitəsi qarşılaşma ilə bağlı sərt cəzalar verib:

1. “Cəbrayıl”ın futbolçusu Nurlan Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
2. “Energetik”in rəsmisi Ruslan Həmidov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanıb.
3. 90+3-cü dəqiqədə “Energetik”in futbolçusu Elvin Əlizadə hakimlər briqadasını təhqir etdiyi və referiyə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanıb.
4. 90+3-cü dəqiqədə “Energetik”in futbolçusu Allahverdi Allahverdiyev hakimlər briqadasını təhqir etdiyi və referiyə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanıb.
5. 90+3-cü dəqiqədə “Energetik”in futbolçusu Tural Məmmədzadə hakimlər briqadasını təhqir etdiyi və referiyə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanıb.
6. 90+3-cü dəqiqədə “Energetik”in cəzası davam edən futbolçusu Orxan Əlibabayev hakimlərə fiziki təsir göstərdiyi üçün 10 oyun cəzalanıb.
7. 90+3-cü dəqiqədə oyun yarımçıq dayandırıldığına görə “Energetik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, klubun prezidenti Ruslan Həmidova görüşdəki hərəkətləri ilə bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş açıldığı haqda xəbərlər yayılıb. Belə ki, klub rəsmisi komandası ümumi nəticədə uduzandan sonra yerli azarkeşlərlə dalaşıb, daha sonra isə stadionun hamamındakı şüşəni sındırıb. Həmidov bu zaman özü də xəsarət alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Başverənlərə münasibət bildirməsi üçün Ruslan Həmidovla əlaqə saxladıq. Klub rəsmisi ilə həm özünün, həm də komandanın gələcəyi ilə bağlı söhbətləşdik.

- AFFA İntizam Komitəsinin qərarları ilə tanışsız. Cəzalarla razısız?

- Əlbəttə. Ötən dəfə elə sizə müsahibəmdə demişdim ki, oyunçularım qeyri-peşəkarlıq ediblər. AFFA nə cəza verirsə, yaxşı edir. Özlərini idarə edə bilmədilər. Dalaşıblar, böyük qələt ediblər. Bütün qərarlarla razıyam. Mənimlə bağlı isə anlaşılmazlıq olub. Amma ona da razıyam. Bəli, səhvə yol verib güzgünü sındırmışam. Lakin hakimi təhqir etməmişəm. Vallah, referini söyməmişəm. Amma cəza verilibsə, bunu çəkməyə razıyam. Futbolçular isə düz hərəkət etmədilər. Bunun da səbəbi qeyri-peşəkar olmalarıdı. Onlar böyük futbol görməyiblər. Necə olur ki, 4200 nəfərin qarşısında bir hadisə yaşanmır, amma 600 nəfərlik stadionda dava-dalaş düşür? Hakimin qərarları da burda rol oynadı. Qardaş, vallah, “Cəbrayıl”ın yüzfaizlik penaltisi verilmədi. Cavid Hüseynova hörmətim var, haqqı deməliyəm. Amma onların da qapısına penalti verilmədi. Görüntülər də var. Hakimin belə etməsi işləri daha da qəlizləşdirdi. Mən öz şəhərimdə təhlükəsizliyi təmin etdim. Xırda insident oldu, bütün polisləri meydana tökdüm. Rövşən Əhmədovla birgə əlimizdən gələni etdik ki, qalmaqal yaşanmasın. Amma Bakıda, o qədər camaatın qarşısında tək heç nə edə bilmədim.

- Sizinlə bağlı cinayət işi açılıb. Kim şikayət edib?

- Heç kim. Hadisələr zamanı əsəbləşib, Binə stadionundakı şüşəni qırdım. Orda olan polislər izahat aldılar. Mən də cəriməmi ödədim. Sırf başverənlər səbəbindən cinayət işi açılıb. Yaxın günlərdə bu məsələ həll olunacaq. Binə stadionunun direktorundan da soruşa bilərsiz, dəymiş ziyanı ödəmişəm. Heç kimə zərər verməmişəm. Hələ öz əlimdə vətərlər kəsilib. Sağ olsun stadion rəhbərliyi, məndən şikayətçi olmayıb.

- Düşünürsüz ki, bu, sizə qarşı klub daxilində təxribat idi?

- Yox, qətiyyən. Hamısı öz uşaqlarımızdı. Onlar da peşmandı. AFFA İntizam Komitəsi qərarları açıqlamamış komandadan uzaqlaşdırmışam. İndi yazıq-yazıq yanımda dayanıblar. Mənə deyirlər ki, ay Ruslan, biz nə etdik?! Çünki hamısı qeyri-peşəkar futbolçudu. Ordan-burdan yığmışdım onları. 5 il idi öz hesabımıza komanda saxlayırdıq. Amma indi olanlara görə bizi pis adlandırırlar. Nə qədər əziyyət çəkdiyimizi bilmirlər.

- AFFA İcraiyyə Komitəsinin qərarı ilə növbəti mövsümdən “Mingəçevir” 1-ci divizionda iştirak edəcək. Bəlkə sizi klubdan uzaqlaşdırmaq üçün belə ediblər?

- Əvvəlcə AFFA-ya, əsasən də Elxan Məmmədov, Sərxan Hacıyev və Yusif Vəliyevə təşəkkür edirəm ki, bizə inandılar, dəstək oldular. Növbəti mövsümdən “Mingəçevir” 1-ci divizionda çıxış edəcək. Rövşən Əhmədovla birgə yeni klub yaratmışıq. Sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub və qeydiyyata alınıb. İnşallah, hər şey möhtəşəm və peşəkar olacaq.

- Bəs “Energetik”?

- Mənə “Energetik” lazım deyil. “Azərenerji” bizə maddi yardım etmirsə, heç onların adını da istəmirik. Bu gündən komandanı dağıdırıq. Mingəçevir üçün yeni klub yaranıb. Hər şey daha yaxşı və peşəkar olacaq.

- Komandada struktur necə formalaşacaq?

- Müşahidə Şurası olacaq. Orda bəzi şəxslər yer alacaq. Mingəçevirdəki stadionda iyuldan təmir başlayacaq. Hamı bizi qınayır ki, ot örtüyü suni olacaq. Amma belə deyil. Təbii örtük olacaq. Diviziondakı oyunlar başlayana kimi hər şey qaydasına düşəcək. Bizə ayrılan pulla müxtəlif bölgələrdən 16-22 yaş aralığında futbolçuları komandaya cəlb edəcəyik. Futbolun İnkişaf Fondu da bu işlərdə dəstək olacaq. Yayda yenə onlarla görüşəcəyik. Bir daha demək istəyirəm ki, Elxan Məmmədov, Sərxan Hacıyev və Yusif Vəliyev çox sağ olsun. Onlar 5 ildi çəkdiyimiz əziyyəti itirmədilər.

- “Mingəçevir”in Müşahidə Şurasında yer alacaqsız?

- Bu məsələlərin hamısı həll olunacaq. Niyə yer almamalıyam? İllərdi bu şəhər üçün əziyyət çəkirəm. Çayçısı, taksi sürücüsü, fəhləsi Mingəçevirdə məni görəndə ayaq saxlayıb, təşəkkür edir. Elxan Məmmədovla görüşdə də dedim ki, iş adamları məni görəndə yollarını dəyişir. O da söylədi ki, deməli, yaxşı işləyirsən. Bunların hamısı mənim üçün fəxrdi. Biz Region Liqasında çıxış edə-edə, komandaya sevgini qaytarmışıq. 4000-dən çox adam gəlir matçlarımıza. Bunların hamısı əziyyətimizin bəhrəsidi. Amma qeyd etdiyiniz məsələyə yaxın vaxtlarda aydınlıq gələcək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

1-04-2022, 15:0

AFFA hakimi söyən futbolçunu cəzalandırdı

Ölkə futbolu

28-04-2022, 15:0

Futbol klubunun prezidenti AFFA tərəfindən cəzalandırıldı

Ölkə futbolu

6-05-2022, 14:0

Bu Azərbaycan klubu çempionatda iştirak etməkdən imtina etdi

Premyer-liqa

8-04-2022, 14:0

İntizam Komitəsi "Zirə"ni 5600 manat cərimələdi - QƏRAR

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 232
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə