Konte coşdu: 6-8-ci yerlər uğrunda mübarizə mənlik deyil!

30.04.2022 17:10 448
Dünya futbolu
Hazırda “Tottenhem”i çalışdıran Antonio Kontenin adı ətrafında son günlər ən müxtəlif xəbərlər yayılmaqdadı.

Məsələn, onun tezliklə PSJ-nin “sükanı arxasına” keçəcəyini iddia edən mənbələr çoxdu. İtaliyalı mütəxəssis belə mülahizələrə aşağıdakı şəkildə aydınlıq gətirib:

“Mövsüm bitəndən sonra hər şeyi müzakirə edəcək və bütün tərəflər üçün yaxşı variant tapacağıq. “Tottenhem”dəki durumumdan razıyam, ancaq ambisiyalı olmağı sevdiyimi unutmayın. Mən titullar uğrunda mübarizə aparmaq istəyirəm, daha 6-8-ci yerlər uğrunda yox”.