“Qəbələ”dən maraqlı addım: Gənclərə danışmaq olmaz!

29.04.2022 19:57 550
Ölkə futbolu
“Qəbələ” bir həftə ərzində ikinci dəfə “Qarabağ”a məğlub oldu.

“Qırmızı-qaralar” premyer-liqanın 24-cü turunda “köhlən atlar”a 0:2 hesabı ilə uduzdu.

Rafael Utziqin meydanda olmaması səbəbindən Emil Səfərov start heyətində yer almışdı. Qarşılaşma ərzində Xaqani Məmmədovla Rasim Ramaldamovdan danlaq eşidən futbolçu da məhz o idi. Gənc oyunçudan məşqçilərinin ona irad bildirmərini necə qarşıladığını öyrənmək istəsək də, mümkün olmadı.

“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev klubdaxili qərara əsasən gənclərin mediaya açıqlama verməsinin qadağan olunduğunu bildirdi:

“Çalışırıq ki, bu məsələlərə diqqət edək. Gəncər daha çox oynayasalar, yaxşı olar. Bu səbəbdən də məşqçilərin və klubun qərarı ilə belə futbolçuların mediaya açıqlama və müsahibə verməsi qadağandı”.
[quote][/quote]
İLKİN SULTANLI