“Kuinz Park Reyncers”in oyunçusu karyerasını Braziliyada davam etdirəcək. O, İngiltərə klubunu “Botafoqo”ya dəyişib.
25 yaşlı müdafiəçi Rio de Janeyro klubuna bu ilin sonuna qədər icarəyə verilib. Hyamyalyaynen ilk fin futbolçu kimi Braziliya çempionatının tarixinə düşüb. Qeyd edək ki, Niko ABŞ-ın Florida ştatında doğulub. Lakin atası fin olduğu üçün Finlandiya yığmasında çıxış edir.
O, 2021-ci ili icarə əsasında ABŞ-da – “Los Anceles Qalaksi”də keçirib. Bu komandanın formasında MLS-in 14 matçında meydana çıxan Hyamyalyaynenin 2019-cu ildən dəvət aldığı Finlandiya millisində 12 oyun keçirdiyini də xatırladaq.