"Hələ Avropa futbolunda çox yaxşı şeylər yaşayacağam" - AÇIQLAMA

28.04.2022 11:46 416
Premyer-liqa
"Zirə"nin braziliyalı futbolçusu Filipe Paxtmann ölkəsinin "Terra" nəşrinə açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, gənc forvard zədəsi haqda danışıb. O, sağaldığını bildirib:

"Artıq komanda yoldaşlarımla məşq edirəm. Düşünürəm ki, bəlkə iki-üç həftədən sonra oyunları yenidən ard-arda sıralamaq olar. Bu, mənim üçün böyük qələbə olar. Çünki zədə alandan sonra premyer-liqaya qayıtmaq üçün mübarizə aparmağa başladım".


Felipe paytaxt təmsilçisindəki gələcəyi barədə də danışıb:

"Əminəm ki, yaxın gələcək gözəl olacaq. Komandama bütün məqsədlərinə çatmaqda kömək edə biləcəyəm. Mən kifayət qədər gəncəm və hələ Avropa futbolunda çox yaxşı şeylər yaşayacağam".


Qeyd edək ki, Paxtmann 2021-ci ildən "Zirə"də oynayır. O, ötən ilin sentyabr ayında zədələnib.