Serj Qnabri “Bavariya” ilə müqaviləsini yeniləmək niyyətində deyil.
O, rəhbərliklə bu mövzuda apardığı danışıqlarda razılığa gələ bilməyib. Hücumçunun məvacibini artırmaq tələbi klub üçün qəbuledilməz olub. Belə ki, Serj komandada Leroy Sane və Kinqsli Komanla eyni səviyyədə maaş almaq istəyib.
Onun müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdi. Artıq Qnabrinin bu yay “Real”a və ya İngiltərənin bir sıra klublarına satıla biləcəyi haqda xəbərlər dolaşır.