"Yuventus"in yeni transfer hədəfi bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, İtaliya klubu "Hofenhaym"dan David Raumu heyətinə qatmağa hazırlaşır. Turin təmsilçisinin rəhbərliyi 24 yaşlı almaniyalı futbolçunun Massimiliano Alleqrinin üslubuna uyğun olduğuna əmindi. Oyunçu ilə razılıq əldə olunacağı halda, keçid iyunda baş tutacaq.