Azərbaycanlı futbolçu Avropa klubundan FIFA-ya şikayət etdi - ÖZƏL

23.04.2022 14:22 848
Ölkə futbolu / Manşet / Günün xəbəri
Turan Manafovun “Olimpiakos”la problemi hələ də həllini tapmayıb.

Yunanıstan karyerasını yarımçıq dayandırmaq məcburiyyətində qalan futbolçu müqavilə ilə məxsus olduğu “Səbail”ə qayıdıb və yaxın günlərdə məşqlərə başlayacaq. Bildiyiniz kimi, Volos təmsilçisi müdafiəçinin maaşını ödəmək fikrində deyil. Turanın meneceri İlkin Alıyev bir müddət öncə qəzetimizə açıqlamasında gözləmə mövqeyində olduqlarını və problem müsbət həllini tapmayacağı təqdirdə FİFA-ya şikayət edəcəklərini söyləmişdi. Dünən onunla yenidən əlaqə saxladıqda bunları söylədi:

"Proses artıq bitdi. "Olimpiakos"dan heç bir müsbət və ya mənfi cavab gəlmədi. Məcbur qalıb sənədləri dünən FİFA-ya göndərdik. Bu prosesi bir neçə ay davam edə bilər. “Olimpiakos” vaxt udmaq istəyir. Amma onu da bilirlər ki, uduzublar. Klubu idarə edən şəxslərin öz maraqları var. Bəlkə də prezident fikirləşir ki, sabah bu komandada olmayacaq. Amma borc klubun üzərində qalır".


GÜNAY VƏLİYEVA