• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İnyaki Uilyamsın qeyri-adi seriyası davam edir

İdman

22-04-2022, 13:0

“Belə uzun seriyaya nail olmaq baxımından çətin mövqedə oynayır”

“Atletik”in hücumçusu İnyaki Uilyams qeyri-adi seriyasını davam etdirir: bazar günü İspaniya çempionatında ardıcıl 224-cü oyuna (189-u start heyətində) çıxdı. İnyaki 2016-cı il aprelin 17-dən bəri La Liqada bircə oyun da buraxmayıb. Həmin gün bud zədəsi üzündən “Malaqa” ilə oyunun sifariş ərizəsinə salınmamışdı. Deməli, meydana çıxmadığı sonuncu oyunun üzərində 6 il keçir.

La Liqa rekordunu ötən il qırıb

Uilyams ötən ilin oktyabrında keçirilən “Alaves”lə oyunda “Real Sosyedad”dan Xuan Antonio Larranyaqanın rekordunu yenilədi. Larranyaqanın seriyası 202 oyuna bərabər idi: 1987-ci ilin iyununda keçirilən “Sevilya”ya qarşı oyunda start götürmüşdü, 1992-ci ilin noyabrında – “Ovyedo” ilə oyunda bitdi.
Larranyaqa həmin vaxt Uilyamsın nəticəsini yüksək qiymətləndirdi:

“İnyaki ilə bağlı tarixçənin qeyri-adiliyi bundan ibarətdi ki, o hücumçudu. Belə uzun seriyaya nail olmaq baxımından çətin mövqedə oynayır. Forvardlar, adətən, çoxlu zədəyə məruz qalır. Hədsiz hazırlıqlı olmalısız ki, bir oyunun arxasınca digərinə çıxa biləsiz. Bunu ona görə deyirəm ki, özüm də hər həftə, hər gün əziyyət çəkmişəm. Heç də həmişə potensialımı 100 faiz ortaya qoya bilmirdim, axı dəfələrlə ağrı içində oynamışam. Nəticədə ayağımın baş barmağında artrit qazandım”.


Reytinqdə 3-cü yerdə “Real Sosyedad”ın daha bir sabiq oyunçusu – qapıçı Luis Arkonada qərarlaşıb. Onun seriyası 1978-in aprelindən 1983-ün dekabrına qədər davam edib. Qapıçı ardıcıl 188 oyunda əvəzlənməyib.

...Qaradərili ispaniyalı Bilbaoda – qanalı qaçqınların ailəsində dünyaya gəlib. 18 yaşında “Atletik”in düşərgəsində görünən İnyaki əsas komandada 2014-ün dekabrında debüt edib. Həmin gündən bəri 333 oyunda Bilbao klubunun formasını geyib, 74 qol vurub.

Maraqlıdı ki, 2016-nın aprelinə qədər İnyaki tez-tez zədələnirdi. Həmin vaxt kimsə onun belə uzun seriya yaxalayacağını ağlına gətirməzdi. 2015/16 mövsümündə məhz bir-birindən fərqli dörd zədə üzündən 24 oyun buraxmışdı. Amma ardından toparlandı: zədələrin yolunu kəsməməsi üçün çox işlədi, əzələlərini möhkəmlətdi. Hər halda, bu müddətdə futbolçu üç ay futboldan dincələ bilib. Bütün əsas çempionatları karantinə çəkilməyə məcbur edən koronavirus pandemiyasını nəzərdə tuturuq.

İnyaki yayda meydana qayıdanda çətinlik çəkirdi:

“Düzünü desəm, fasilədən sonra top yumru yox, kvadrat görünürdü. Belə uzun boşdayanma üzündən texnika itirilir. Topa qovuşmaq ağır olsa da, xoş idi”.


Bütün bu müddət ərzində nəhəng klublar hücumçunun xidmətində maraqlı olsa da, o hər dəfə “Atletik”lə müqaviləni yeniləyib. Bilbao klubu ilə indiki müqaviləsinin müddəti 2028-in iyununa qədərdi.

Möhkəmlik onun qanındadı

Belə əzəmətli göstəricidə Uilyamsın valideynlərinin də böyük rolu var. İnyaki bu haqda müsahibələrindən birində danışıb:

“Mən bura Pamplonadan gəlmişəm, axı Bilbaoda doğulmuşam. Valideynlərim Qanadandı. Melilyaya gəlib çıxmaq üçün Afrikanın yarısını dolaşıblar. Özü də piyada”.


Melilya Afrikanın şimal sahillərindəki İspaniya şəhəridi. Uilyamsın valideynləri Qananın paytaxtı Akkrada – qaçqınlar üçün düşərgədə tanış olublar. Liberiyadakı vətəndaş müharibəsindən qaçırmışlar. Akkradan Melilyaya qədər məsafə 4 min kilometrdən artıqdı, arada Sahara səhrası var:

“Düzünü desəm, atam həmin vaxtdan bəri ayağının altının həssaslığını itirib. Anam da güclü qadındı. Dediyinə görə, yoldaşlarından çoxu yolun ağırlığına dözməyib – onları elə səhrada dəfn etməli olublar. Bəzən onlar furqonla hərəkət ediblər, bir furqona 40 adam yığılırmış. Anam adamları soyan quldurlardan da danışırdı”.


İnyakinin gələcək valideynləri İspaniya sərhədini keçəndən sonra həbs olunub. Ancaq məhbəsdə bəxtləri gətirib. Onlara baş çəkən vəkil sənədlərini cırmağı və müharibədən qaçdıqlarını deməyi tapşırıb. Belədə hər iki gənc Liberiyadan hərbi qaçqınlar kimi qeydiyyata alınıb, həmin vəkil onları Bilbaoda sosial xidmət sahəsində çalışan tanışlarının yanına göndərib. İnyaki İspaniyaya, xüsusən də Bilbaoya və bu şəhərin xeyirxah adamlarına minnətdardı:

“Hər şeyə görə valideynlərimə borcluyam. Onlar mənə həyatda hər şeyə əmək və çalışmaq hesabına nail olmağı aşılayıblar. Valdeynlərim o yolu qət ediblər ki, mənlə qardaşımın (Niko ötən ilin aprelində “Atletik”də debüt edib – red.) xoşbəxt gələcəyi olsun”.


Bəs başqa çempionatlarda vəziyyət necədi?

Fəaliyyətdə olan oyunçular arasında İnyakiyə tay olan yoxdu. Ancaq futbol tarixində daha möhkəm uşaqlar olub. İtaliya çempionatının rekordçusu 258 oyunla Franko Tankredidi (“Roma”). Fransada liderlik bütün karyerasını “Oser”də keçirən (307 oyun) qapıçı Fabyen Kula məxsusdu. Premyer-liqanın rekordçusu isə 310 oyunla Bred Frideldi. Amma bütün adı çəkilənlər “Bavariya”nın əfsanəvi qapıçısı Zepp Mayerə böyül fərqlə uduzurlar – ardıcıl 442 oyun! Sadəcə, düşünün: bir oyun da buraxmadan 13 mövsüm! Bu seriya kədərli şəkildə başa çatıb. 1979-cu ilin iyununda keçirilən “Ulm”la yoldaşlıq oyunundan sonra Mayer qəzaya düşərək bir il yaşıl meydana çıxmayıb və ardından karyerasını bitirməyə qərar verib. Daha bir vacib məqam odu ki, başqa top-liqaların rekordçuları qapıçıdısa, hücumçu Uilyams bu siyahıda seçilir. Və ən əsası, hələ də yoluna davam edir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2022, 17:0

Argentina yığması öz rekordunu yenilədi

Dünya futbolu

7-05-2022, 14:0

“Böyük beşlik”də mövsümün ən uzun qələbə seriyası

Dünya futbolu

15-04-2022, 18:0

“Portu” “Milan”ın əfsanəvi rekordunu təkrarlamağın astanasındadı

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 214
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 118
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə