17 yaşadək oğlan futbolçulardan ibarət millimiz Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirindəki ilk matçında məğlubiyyətlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da təşkil olunan qarşılaşma Moldovanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz turnirdə daha iki oyun keçirəcək. Yığma sentyabrın 9-da Moldovanın U-18, sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək. Hər iki görüş Bakı vaxtı ilə saat 14.30-da start götürəcək.
U-17 millimiz Moldovaya məğlub oldu
Ölkə futbolu






