• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cahangir Hacıyev Qurban Qurbanovun təyinatına razı olmayıb - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

17-04-2022, 21:0

Aprelin 13-də Qurban Qurbanovun 50 yaşı tamam oldu.

Yubileyi münasibəti ilə mütəxəssisi idman ictiamiyyətinin bir çox nüfuzlu siması təbrik etdi. Prezident İlham Əliyevin onu “Şərəf” ordeni ilə təltif etməsi də yerinə düşdü. Yubileyə laqeyd qalmayanlardan biri də “İnter”in sabiq idman direktoru Alı Alıyev oldu. Futbol adamı redaksiyamızla əlaqə saxlayıb, vaxtilə birlikdə çalışdığı Qurban bəy haqda maraqlı faktları açıqladı.

- Qurban Qurbanovla işbirliyiniz necə başladı?

- Qurbanı 2006-da “İnter”ə hücumçu kimi dəvət etmişdik. O vaxt həmin mövqedə boşluqlarımız vardı. Əvəzedicilərimiz də istənilən səviyyədə deyildi. Bu səbəbdən ona ehtiyacımız çox idi. Qurban da həmin vaxt “Neftçi”də çıxış edirdi. “Ağ-qaralar”da 1 il oynayandan sonra “İnter”ə keçdi. Onun gəlişindən sonra komandaya yeni hücumçular da cəlb etməyə başladıq. Bundan sonra Qurban bəyə klubda birlikdə işləməyi təklif etdik. Bizdə idman diektoru vəzifəsində çalışdı. Mən isə klubun direktoru idim. Qurbanla işdən əlavə çox gözəl münasibətimiz olub. Çox gözəl yoldaşlığı var.

- Qurbanovla bağlı hansı xatirələriniz var?

- Çox mehriban idik. O zaman “Kurtlar vadisi” serialı yayınlanırdı. Biz bir-birimizə həmin serialın baş qəhrəmanları olan “Çakır” və “Polad” deyə səslənirdik. Belə şirin münasibətimiz vardı. Onlar kimi bir-birimizi tamamlayırdıq.

- Hansınız “Çakır”, hansınız “Polad” idi?

- Bunu Qurban bəydən soruşun, özü sizə deyəcək (gülür). İsrar edirsizsə, deyim. Mən Polad Ələmdar idim, o da Çakır.

- Qurban bəyin bir neçə gün əvvəl 50 yaşı tamam oldu. Bununla bağlı nə demək istərdiz?

- Onu səmimi qəlbdən təbrik edirəm. Çox zəhmətkeş adamdı. “Feysbuk” hesabımda birlikdə kubok qaldırdığımız şəkli paylaşaraq onu təbrik etdim.

- Başqa maraqlı hansı xatirələrinizi oxucularımızla bölüşmək istərdiz?

- İlk öncə bildirim ki, Qurban çox gözəl, zəhmətkeş ailənin övladıdı. Ailəsini də, qardaşı Musanı da yaxşı tanıyıram. Onunla birlikdə Zaqtaladakı evlərində də olmuşam. Rəhmətlik anası çox gözəl və mehriban qadın idi. Bizə Zaqatala qutabı, “peraşki”si və cürbəcür dadlı yeməklər hazırlayırdı. Allah qəni-qəni rəhmət eləsin. Qurban özü çox mərd insandı.

- Deyəsən, Qurban Qurbanovu “Simurq”a bəş məşqçi göndərmək ideyanız da olub.

- Qurban bəyin işinə ciddi yanaşması və uşaq futbolunu inkişaf etdirmək istəməsi nəticəsində belə bir qərara gəldik. Həmin il “İnter” ölkə kubokunu qazandı, əvəzedicilər isə 1-ci divizionda 2-ci yeri tutdu. Bu onu göstərirdi ki, bütün yaş qruplarımız güclüdü. Qurban da, mən də məşqlərdə olur, işlərə ciddi fikir verirdik. Daha sonra vəziyyət elə gətirdi ki, mən “İnter”dən ayrıldım. Komandada işlər yolunda getməməyə başladı. “Simurq”u yaradanda Qurbana təklif göndərdik. Onu baş məşqçi kimi görmək istəyirdik. Amma təkliflə razılaşmadı. Sonra bir neçə mütəxəssislə çalışdıq. Lakin işlər istənilən səviyyədə irəliləmirdi. Elbrus Məmmədov və Elmar Baxşıyevlə məsləhətləşib qərara gəldik ki, Cahangir müəllimlə görüşək. Mənim orda iştirak etməyim düzgün olmazdı deyə, bu iki futbolçunu göndərdim. Allah qapısını açsın. Cahangir bəy futbola çox diqqət yetirən, canyandıran biri idi. Ona fikrimizi bildirdik ki, Qurban baş məşqçi olsa, daha yaxşı olar. Kaş olaydı. O zaman Qurban indi “Qarabağ”da göstərdiyi nəticənin yarısını “İnter”də göstərsəydi, klubun baş direktoru kimi “Şəfa” stadionunda onun heykəlini ucaldardım. Ancaq Cahangir müəllim bu fikirlə razılaşmadı. Sonra Xodukin komandanın baş məşqçisi oldu. O da bir işlədi. Sonra mən uzaqlaşdım. Çempionat yekunlaşandan sonra Qurban bəy bizdən ayrılıb “Neftçi”yə getdi.

- Onun “Neftçi”dəki dönəmini necə dəyərləndirirsiz?

- Özünüz bilirsiz, “Neftçi”də hər adamın qədrini bilmirlər. Hər adam da orda işləyə bilmir. Çətin proseslərdən keçir. İndi bilmirəm, vəziyyət tam necədi. Hazırkı klub prezidenti Kamran Quliyev də “Xəzər Universiteti”nin yetirməsidi. Ötən il çempion oldular. Təbrik edirəm. Amma bu il əlləri çatar-çatmaz, bilmirəm.

- Qurbanova bundan sonrakı fəaliyyətində, həyatında nələr arzulayırsız?

- Ona arzularımın sayı-hesabı yoxdu. Qurbanın “Şöhrət” ordeni almasına bəlkə ən özü qədər mən də sevinirəm. Çünki o buna layiqdi. Bundan artıq uğurları olsun. Belə hesab edirəm ki, belə davam etsə, Çempionlar Liqasına da güclü addım atacaq. Bunu ondan gözləyirəm.

- Bir qədər də fərqli mövzuda danışaq. O zamankı futbolla indiki arasında çox fərq var?

- Vaxtilə AFFA-nın mərhum prezidenti Fuad Musayevə qarşı güclü etiraza başladıq ki, “sən futbolu inkişaf etdirmirsən, “Şəfa”nın arxasınca düşmüsən” və s. Amma onun vaxtındakı futbol indikindən 10 dəfə güclü idi. İndiki AFFA-ya nəzər salaq. Xüsusilə də Məşqçilər Komitəsinə. Allah Ağasəlim müəllimə, İsgəndərə cansağlığı versin. Lakin Vaqif Sadıqov bilir ki, mənim ondan heç vaxt xoşum gəlməyib. Futbolu dayandıran o olub. Bunu Vaqif də, Əsgər Abdullayev də, Böyükağa Ağayev də yaxşı bilir. Bir də mən. Dördülkdə olan söhbətdi. Vaqif dedi ki, Fuad elədi. Mən isə dedim, yox, sən etmisən. Nahaq çempionatı dayandırdın. Amma indi o vitse-prezidentdi. İsgəndər Cavadov hara, Vaqif hara... Niyə AFFA prezidenti İsgəndər olmasın? Niyə Qurban olmasın?

- Belə çıxır ki, siz Azərbaycan futbolunun nicat yolunu Qurbanovda görürsüz?

- Tək mən yox, çoxları bu fikirdədi. “Feysbuk”da da bununla bağlı yazmışam ki, “Azərbaycan futbolunu xilas edə bilsə, ancaq Qurban edəcək”. Ölkə prezidenti İlham Əliyev də Qurbanın “Marsel”lə matçdakı “feyr-pley” nümunəsindən ağızdolusu danışdı. Buna görə də onunla fəxr edirəm. O, həmin qarşılaşmada əsl kişilik nümayiş etdirdi. Qurbana belə qol lazım deyildi. Bunu hər məşqçi edə bilməz. Bunu ancaq Qurban kimi kişi, mərd adam bacarar. Bu çox sevindiricidi. Ona görə ki, Azərbaycanın onun kimi mütəxəssisi var. 1995-ci ildən 2005-ə qədər klubda olmuşam. 12 il ərzində Azərbaycan futbolunda sıfırdan iki komanda formalaşdırıb premyer-liqaya çıxarmışam. Hər ikisinin də nəticəsi olub. Bu o deməkdi ki, mən o vaxt işi düz qurub, düzgün işləmişəm. Mənim yanımda işləyənlər də hazırda Azərbaycan futbolunun simalarıdı. “Qəbələ”nin baş məşqçisi Elmar Baxşyev kapitanım, “Şamaxı”nın çalışdırıcısı Sənan Qurbanov hücumçum olub. Həmçinin də Qurban Qurbanov. Ayxan Abbasov “İnter”in yetirməsidi. Bu gün Azərbaycan futbolunu ümid bəslədiyim Qurban xilas edə bilər.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

14-04-2022, 20:0

“Qurban Qurbanovun heykəlini ucaldardım" - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu

13-04-2022, 11:0

AFFA prezidenti Qurban Qurbanovu təbrik etdi - FOTO

Ölkə futbolu / Manşet

13-04-2022, 15:0

Prezident Qurban Qurbanovla bağlı sərəncam imzaladı

Ölkə futbolu / Manşet

25-05-2022, 11:0

Qurban Qurbanova “Şöhrət” ordeni təqdim olundu

Ölkə futbolu / Manşet

13-04-2022, 15:0

"Qurban hoca ilə qürur duyur və fəxr edirik" - Tahir Gözəl

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 22:41
    Dortmundu tərk etdi
  • Bu gün, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Bu gün, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Bu gün, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Bu gün, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Bu gün, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Bu gün, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Bu gün, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Bu gün, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Bu gün, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Bu gün, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Bu gün, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
Daha çox
Oxunub: 309
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə