"Heç vaxt təslim olma!" - Araz Abdullayev

16.04.2022 10:00 420
Premyer-liqa
"Sumqayıt"ın üzvü Araz Abdullayev şəxsi "instaqram" hesabında paylaşım edib.

Azərbaycan millisinin üzvü premyer-liqanın 23-cü turunda "Qəbələ" ilə keçirdikləri səfər oyunundan (1:1) sonra vurduğu qolla bağlı fikirlərini izləyiciləri ilə bölüşüb:

"Çətin zamanlar daha yaxşı günlərin qurucusudu. Heç vaxt təslim olma!"