Çempionlar Liqasında ən yaxşı oyunçu adına namizədlər kimlərdi?

7.04.2022 15:19 520
Dünya futbolu
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Fərdi mükafata 4 oyunçu iddia edir. Onlar Kərim Benzema (Real), Covani Lo Çelso (Vilyarreal), Luis Dias (Liverpul) və Kevin De Bruynedi (Mançester Siti).

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.