Nəbiyevin komandası xal itirdi

23.04.2022 22:51 553
Ölkə futbolu
Çexiya 1-ci liqasında 25-ci turun oyunları keçirilir.

"Football-plus.az" saytının məlumatına görə, Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya" səfərdə "Çrudim"lə üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa çatıb.

Azərbaycanlı futbolçu da bu görüşün iştirakçısı olub. Yarımmüdafiəçi 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Viktoriya" 25 turdan sonra 13 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.