Azərbaycanlı futbolçunun komandası yenə uduzdu

12.05.2022 09:12 345
Dünya futbolu
Çexiya 2-ci liqasında 29-cu turun oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Mas Taborsko”ya uduzub – 0:1.

Azərbaycan millisinin üzvü də bu görüşün iştirakçısı olub. Yarımmüdafiəçi 76-cı dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, “Viktoriya” 29 turdan sonra 15 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb