"İşğaldan azad olunmuş bütün rayonlarda klub olacaq" - Ramin Musayev

9.04.2022 16:59 1 055
Aktual / Manşet
PFL-in prezident Ramin Musayev premyer-liqanın 22-ci turunda keçirilən "Şamaxı" - "Neftçi" (1:2) oyunundan sonra jurnalistlərin suallarını cavablandırdı...

- Matç haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Əla oyun keçdi. Ən azından bu bölgə üçün böyük hədiyyədi. Camaatın gözündəki o sevinc nəyə desən, deyərdi. İlk oyun idi. Məncə, "Şamaxı" pis oynamadı.

- Bölgələrdə klubların sayının artırılması prosesi davam edəcək?
- Yüz faiz. Ən azından işğaldan azad olunan şəhər və rayonlar nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər görünür. İnşallah, o yerlərin hamısında klub olacaq, stadion tikiləcək. Bütün rayonlarda bu işlər görüləcək.

- Bu proses hansı müddəti əhatə edəcək?
- Bu, maliyyədən asılıdı. İnşallah hamısında olmasını istəyirik

- Gələn mövsüm "Şamaxı" öz şəhərinə tam köçə biləcək?
- Bunu klub rəhbərliyi daha yaxşı bilər.

- "Misli" ilə sponsorluq müqaviləsinin bağlanılması haqda nə yenilik var?
- Bu məsələni Elxan Məmmədov daha yaxşı bilir. O, bu işlərlə məşğul olur...

- Oyuna bu qədər marağın olacağını gözləyirdiz?
- Bəli! Şəxsən mən gözləyirdim. Tək Şamaxıda yox, bütün bölgələrdə azarkeşlər daha çox maraq göstərir. Elə "Turan Tovuz" 1-ci divizionda çıxış etsə də, oyunlarına çoxlu adam gəlir...

İLKİN SULTANLI, ŞAMAXI