Klub bundan sonra Şamaxı şəhərini təmsil edəcək. İlk oyun isə aprelin 9-da, saat 14.00-da Şamaxı şəhər stadionunda "Neftçi"yə qarşı baş tutacaq.
Görəsən, qarşılaşmadan öncə hansısa tədbir nəzərdə tutulub? Sualımızı "Şamaxı"nın mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədova ünvanladıq:
"Komanda sabah Şamaxıya gedəcək. Oyunöncəsi məşqçini stadionda keçirəcək. Oyundan əvvəl konsert proqramının keçirilməsinə gəlincə, məndə rəsmi plan yoxdu. Amma ola bilsin, hardasa 15-20 dəqiqəlik mini-musiqi ifaları olsun. Ancaq kimin və ya kimlərin çıxış edəcəyi barədə məlumata malik deyiləm".
GÜNAY VƏLİYEVA






