Maliyyə feyr-pleyi qaydalarına dəyişiklik edildi

7.04.2022 19:00 569
Dünya futbolu
UEFA İcraiyyə Komitəsi maliyyə feyr-pleyi qaydalarına dəyişikliyi təsdiqləyib.

"Football-plus.az" saytının məlumatına görə, yeniliyə əsasən, gələcəkdə klublar transferlərə, maaşlara və məsləhət haqlarına ümumi gəlirin maksimum 70 faizini xərcləyə biləcək.

Qiymətləndirmələr vaxtında aparılacaq və pozuntulara görə əvvəlcədən müəyyən edilmiş maliyyə sanksiyaları tətbiq olunacaq.

Qanun 2022-ci ilin iyununda qüvvəyə minəcək. Klublara uyğunlaşmaq üçün lazımi vaxt vermək üçün dəyişiklik üç il ərzində mərhələli şəkildə həyata keçiriləcək.

​Dəyişikliklə bağlı fikirlərini bildirən Aleksander Çeferin bu sahədə islahatlara ehtiyac olduğunu qeyd edib:

"Futbol sənayesi dəyişib. Yeni qaydalar bizə oyunu qorumağa kömək edəcək".