• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Firuz Qulami “Kəpəz” rəhbərliyini istefaya səslədi - AÇIQLAMA

Ölkə futbolu

30-04-2022, 22:0

“Son 6-7 ildə işləyən adamlar kluba obyekt, kommunal xidmət yeri kimi baxıblar”.

Birinci divizionda 23 tur arxada qalıb. Premyer-liqaya gətiriləcəyi gözlənilən "Kəpəz" 7-ci pillədə qərarlaşıb. Gəncə təmsilзisinin uğursuz çıxışı azarkeşlərdə haqlı narazılıq doğurur və onlar baş məşqçi Yaşar Vahabzadəni istefaya səsləyirlər.

Narazılar sırasında "Kəpəz"ın veteranı Firuz Qulami də var. Dünən bizlə əlaqə saxlayan mütəxəssis bunları söylədi:

"Gəncə futbolunda ən böyük məsələ uşaq futbolunda olan problemlərdi. Veteranlar cəmiyyətinin sədri Müzəffər Qasımov rəhmətə gedəndən sonra qərara gəldik ki, yeni sədr seçək. Oqtay Abdullayevə müraciət edərək onu Gəncəyə dəvət etdik. Gəncə futbolunda əziyyəti olan veteranları da çağırıb iclas keçirdik. Tofiq müəllim sədr, Əli müəllim isə müavin seçildi. Mən də müavinlərdən biriyəm. Bunu deməkdə məqsədim nədi? Deyəcəyim sözlər veteranların əksərinin fikri ilə üst-üstə düşür. Mən "Qəbələ"də 5 ildən çox seleksiyaçı-məşqçi işləmişəm. Orda qərb zonasına nəzarət etmişəm. 70-dən çox uşağı akademiyaya yollamışam. Onlardan müxtəlif yaş qrupları üzrə yığmalarda, peşəkar klublarda çıxış edənlər var. 3-4 il öncə Qəbələdə seleksiya qrupu ləğv olunandan sonra işsiz qaldıq. Başladıq "Kəpəz"in oyunlarına getməyə. Çalışırdıq ki, 2-3 sabiq köhnə futbolçu ilə kənardan baxaq. Klub elə duruma düşüb ki, gedib azarkeşlərin arasında dura bilmirdik. Bizi görən hər kəs deyirdi ki, vəziyyət nə vaxt düzələcək? 7-8 ildi "Kəpəz" pis durumdadı. Biz də ümid edirdik ki, yəqin düzələr. Gücümüz heç nəyə çatmırdı. Son 7 ildə klubun icraçı direktorlarını, rəhbərlərini hardan tapırlar - baş aça bilmirəm. Futboldan anlayışı olmayan adamlar olub. İcraçı direktor kluba rəhbərlik edən adamdı. Son illər işləyən şəxslərin heç biri ilə düşmənçiliyim yoxdu. Sadəcə, futbol naminə danışıram. İndiki durum gəncəli azarkeşləri qıcıqlandırır. Onlar bu gün "Yaşar" qışqırır. Haqlıdırlar. Axı son üç ildə Yaşar Vahabzadə işləyib. Fanatların çoxu bilmir ki, bunun kökü klubun rəhbərliyindədi. Çünki son 6-7 ildə işləyən adamlar “Kəpəz”ə obyekt, kommunal xidmət yeri kimi baxıblar. Həftədə bir dəfə gəlib fırlanırlar, sonra da gedirlər işlərinin dalınca. Ayda da bir dəfə gəlib kartlarını salıb filan qədər məbləği çıxarıb gedirlər. Klubu "JEK" kimi idarə edirlər. Biz də narahatıq buna görə. AFFA rəhbərliyi sağ olsun, 2 suni meydan tikdi. 7-8 il əvvəl tikmişdilər, amma oranı idarə edən adamlar dağıtdılar. 6-7 ay ora boş qaldı. Məkanın şəklini Fazil Pərvərov "feysbuk"da paylaşmışdı. Hətta AFFA-nın e-mailinə də yollayıb. Elxan Məmmədov "Kəpəz"in stadionuna gələndə, uşaqlara forma, top veriləndə, klub rəhbərliyi veteranların onunla görüşməsini istəmirdi. Açıq deyəcəm, heç kimdən çəkinmirik. Rəhbərlik elə bilirdi ki, biz onlar haqda nəsə deyəcəyik. Bəzi şəxslərə zəng vurub xahiş etdik ki, AFFA rəhbərliyi ilə görüşmək istəyirik. Onunla meydançalar haqda danışdıq. Sağ olsun, bizi dinləyib, bu işi həll etdilər… 6 turdu "Kəpəz" azarkeşləri “istefa” qışqırır. Klub isə bunu eşitməzlikdən gəlir. Çıxın, cavab verin. Ya da ərizənizi yazın, gedin. Təkcə Yaşar Vahabzadədən söhbət getmir. Bəlkə də o işini düz qurmur. Məndən böyükdü, onunla bağlı nəsə demirəm. Amma rəhbərlik, icraçı direktor nəyi gözləyir? İnsanlar deyə bilmir, mən deyirəm. Gözləyirsiz ki, ərizənizi yazmağınızı AFFA-dan desinlər? 12 yaşımdan Gəncə futbolundayam. İndiyə qədər heç bir azarkeş "istefa" qışqırmayıb. Yunis Hüseynovun vaxtında "Qəbələ"yə 1:6 hesabı ilə uduzduq. O oyunda belə azarkeşlər “istefa” qışqırmadı. Məndən heç kim inciməsin. Gəncə futbolunun xeyrinə danışıram. Bu rəhbərliklə premyer-liqaya çıxmaqdansa, çıxmamaq yaxşıdı. Çıxsalar belə, azarkeşlər komandanı dəstəkləməyəcək. Fakt budu ki, işləyə bilmirlər. Premyer-liqada gəncəli futbolçu yoxdu. Amma 1990-cı illərdə 20-dən çox gəncəli futbolçu var idi. Millidə 3-4 gəncəli oynayırdı. Vaxt var idi "Kəpəz"də ehtiyatda oturanlar U-21-in üzvü idi. Amma indiki rəhbərlik gəncəli futbolçuları perik salıb. Son 3 ildə 20 futbolçu "Kəpəz"i tərk edib. 6-sı "Zirə"də, 1-i "Neftçi"dədi, qalanları da futboldan kənarlaşıblar. Hazırda klubda olan, əsas heyətdə oynayan gəncəli futbolçular aşağı maaş alır. Əsas heyətdə olan futbolçulardan ikisi 100-150 manat alır. Adlarını çəkmək istəmirəm. Amma özlərinin gətirdikləri futbolçulara 800-1000 manat maaş verirlər. Hansı klubda belə şey var? Hətta 50 manat alan da var. Məqsədiniz nədi, niyə gəncəli futbolçulara az maaş verirsiz? Sizin bu klubda işləməyə haqqınız yoxdu. Heç kim də işləməyinizi istəmir. Başda İlqar Nadiri olmaqla. Futbol mədəniyyətiniz varsa, özünüzə hörmət edirsizsə, ərizənizi yazın, AFFA-ya müraciət edin. Sizsiz də bu komanda qələbə qazanar".

GÜNAY VƏLİYEVA

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

2-05-2022, 16:0

İlqar Nadiri veteran futbolçunun iradları ilə razılaşsa da...

Aktual / Ölkə futbolu

5-04-2022, 17:0

"Xəmsə" Yaşar Vahabzadəni istefaya səslədi

Ölkə futbolu

21-05-2022, 23:0

Veteranlar AFFA-ya məktub hazırlayıb - ÖZƏL AÇIQLAMA

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • 19-07-2026, 22:0
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • 19-07-2026, 22:0
    Lissabondan Madridə üz tutdu
  • 19-07-2026, 21:0
    Millimiz çempion oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə