Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı və yeri bəlli olub.
2-ci dövrənin sonuncu turu martın 10-da “Murov” voleybol klubunun idman zalında keçiriləcək. 10-cu tura saat 15.00-da “Sərhədçi” - “Murov” görüşü ilə start veriləcək. Saat 17.00-da isə “Neftçi” “Ekspres"lə qarşılaşacaq.