"Azov" batalyonunda döyüşən idmançı vəfat etdi

29.03.2022 13:34 439
İdman
Rusiyanın Ukrayna torpaqlarına təcavüzü nəticəsində daha bir idmançı vəfat edib.

"Football-plus.az" saytının məlumatına görə, cəbhədə döyüşən gənc kikboksçu Maksim Kaqal həlak olub. Bu haqda onun məşqçisi Oleq Skrita açıqlama verib.

Qeyd edək ki, Kaqal Mariupol ətrafında gedən döyüşlərdə həlak olub.