"Fikrim hələ də dəyişməyib" - Tomas Müller

24.03.2022 21:20 669
Dünya futbolu
Tomas Müller karyerasını bitirmək istəmədiyini bildirib.

Bu barədə futbolçu yerli mətbuata açıqlama verib:

“Yadıma gəlir, illər əvvəl 2025-ci ilə qədər karyeramı yüksək səviyyədə davam etdirmək istədiyimi demişdim. Fikrim hələ də dəyişməyib. “Bavariya” ilə müqaviləm 2023-cü ilə qədərdi. Müqavilə bitdikdən sonra necə olacağını görəcəyik”.


Qeyd edək ki, Müller 2008-ci ildən “Bavariya”da çıxış edir.