UEFA komanda sayını artırmaq istəyir

9.03.2022 14:30 560
Dünya futbolu
UEFA Böyük Britaniya və İrlandiyada keçirilməsi gözlənilən “Avro-2028”də komanda sayını 24-dən 32-ə qaldırmaq istəyir.

BU barədə yerli mətbuat xəbər yayıb. Yazılana görə, qurum 55 üzv ölkədən 32-sini final mərhələsində görmək istəyir və bununla əlaqədar yerli federasiyalarla müzakirələr aparıb.

İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının sədri Maeta Molanqa isə bunu yaxşı fikir saymayıb:

“Komanda sayının artması oyunların keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq, bundan futbolçular və azarkeşlər əziyyət çəkəcəK. Biz ondan narahatıq ki, futbolçular hər şeyi ən sonda öyrənir. Son Avropa çempionatında çıxış edən futbolçuların çoxu İngiltərədə oynayır. Düşünürük ki, onlar mümkün diskussiyalarda fəal rol oynayacaqlar”.