Kriştiano Ronaldo biznes fəaliyyətini genişləndirməyə davam edir.
“Mançester Yunayted”in hücumçusu Mərakeşin eyniadlı şəhərində otel alıb. “Pestana” adlanan otel hava limanına yaxın, şəhərin ən inkişaf etmiş və kosmopolit ərazilərindən birində yerləşir.
Yerli mənbələrə görə, portuqaliyalı futbolçu Mərakeşi sevir, çünki o, “Real”da oynadığı vaxtlarda tez-tez İspaniyadan sözügedən Afrikanın bu ölkəsinə məşq etmək və vaxtını dostu Badr Hari ilə keçirmək üçün yollanırdı.