Ronaldo MY-dəki karyerası ilə bağlı qərar verib

20.03.2022 20:16 374
Dünya futbolu
Kriştiano Ronaldo “Mançester Yunayted”dəki karyerası ilə bağlı qərar verib.

“The Telegraph” qəzetinin məlumatına görə, ulduz futbolçusu komandası Çempionlar Liqasına vəsiqə qazanmayacağı halda belə klubdan ayrılmaq niyyətində deyil. MY premyer-liqada mövsümü ən pis halda 4-cü yerdə başa vura bilməsə belə 37 yaşlı hücumçu klubda qalmaq istəyir. Onu da qeyd edək ki, Avropanın top-klubları arasında portuqaliyalıya tələbat yoxdu. Ona görə ki, Kriştianonun maaş və bonuslar üzrə tələblərini çox az klub ödəmək iqtidarındadı.

Ronaldo bu mövsüm MY-də bütün turnirlərdə 33 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun komandası isə hazırda ÇL-ə vəsiqə verməyən 5-ci yerdədi.