Dünən Çempionlar Liqasının 1/8 finalının cavab oyunu çərçivəsində ''Lill'' öz meydanında ''Çelsi''yə 1:2 hesabı ilə yenildi.
İlk görüşdə 2 cavabsız qolla qalib gələn londonlular asanlıqla növbəti mərhələyə yüksəldilər. ''Lill''in heyətində yeganə qolu 38-ci dəqiqədə penaltidən fərqlənən Burak Yılmaz vurdu.
Türkiyə yığmasının kapitanı 36 yaş 244 günlüyündə fərqlənərək ÇL-in pley-offunda qol vuran ən yaşlı 3-cü futbolçu oldu. Bu baxımdan 2-ci pillədə sabiq ''Milan''lı Paolo Maldini (36 yaş 333 gün), 1-ci pillədə sabiq ''Mançester Yunayted''li Rayan Giqqs (37 yaş 148 gün) qərarlaşıb. Cari ''futbol ili''ndə imkanlarından aşağı səviyyədə çıxış edən Burak 32 rəsmi oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.