"Old Trafford" sökülür

15.03.2022 20:00 599
Dünya futbolu
"Old Trafford" yenidən qurulacaq.

Bu barədə yerli mətbuat xəbər yayıb. Klub rəhbərliyi 112 illik tarixi olan arenanı müasirləşdirmək niyyətindədi. Amma bu qərarda azarkeşlərin də rəyi nəzərə alınacaq.

Hazırda inşaat şirkətləri öz təkliflərini kluba göndərir. Bəzi təkliflər arasında stadionun tamamilə sökülərək sıfırdan tikilməsi də nəzərdə tutulub.